Yazını böyüt
Yazını kiçilt
Şamaxı rayonunda dəm qazından zəhərlənmə baş verib.
Hafta.az xəbər verir ki, hadisə nəticəsində bir ailənin üç üzvü - ana və iki övladı zəhərlənmə şübhəsi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Zəhərlənən şəxslərə dərhal tibbi yardım göstərilib. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.