Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

17:38 27.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi plana əsasən sentyabrın 27-də Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, plana uyğun olaraq hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.

Tədbirlər çərçivəsində hərbiçilər üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, hərbi qulluqçularımız müxtəlif bölgələrdə ağacəkmə aksiyasında iştirak edib.

Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışılıb.

Anım Günündə həmçinin şəhid ailələri və döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərimiz ziyarət edilib.

Oxunma sayı 1874
Gündəm rubrikasından digər xəbərlər