Türkiyənin Antalyası 2022-ci ildə ruslar arasında Türkiyənin ən məşhur kurortuna çevrilib, əyalətə Rusiyadan 3 milyondan çox turist gəlib. Bu barədə DHA agentliyi Antalya Şəhər Şurasının turizm üzrə işçi qrupunun sədri Rəcəb Yavuza istinadən məlumat yayıb.
İkinci yerdə Almaniyadan (2,8 milyon nəfər), üçüncü yerdə Böyük Britaniyadan (1,1 milyon nəfər), dördüncü yerdə Polşadan (765 min nəfər) gələn turistlər qərarlaşıb.
Agentliyin məlumatına görə, Antalyaya başqa ölkələrdə yaşayan 682 min etnik türk də gəlib.
Ümumilikdə, 2022-ci ildə Türkiyə vilayətinə 13,4 milyon xarici səyahətçi gəlib.
Yavuzun sözlərinə görə, 2022-ci ildə Antalyaya xarici turist axını əvvəlki iki ildən daha yaxşı olsa da, yenə də 2019-cu ilin səviyyəsinə çatmayıb. O qeyd edib ki, bu, əsasən, Ukraynadakı vəziyyətlə əlaqədar rusiyalı turistlərin itkisi ilə bağlıdır. 2019-cu ildə kurort 5,5 milyondan çox rusiyalını qəbul edib.
“Turist axınının bərpası yalnız may ayında başladı və nəticədə Rusiya Federasiyasından 2,5 milyon turisti qaçırdıq”, - Yavuz əlavə edib.