Aprel müşavirəsi postmüharbə dövrünün birillik hesabatı idi – Millət vəkili

18:20 13.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Aprel müşavirəsi təkcə 2022-ci ilin üç ayının yekunlarına həsr edilmiş müşavirə deyil, həm də postmüharbə dövrünün birillik hesabatı idi. Azərbacan Prezidenti İlham Əliyev, əslində, son üç ay da daxil olmaqla, postmüharibə dövrünün reallıqlarını həm ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ümumi inkişafımız kontekstində, həm də xarici siyasət və regional münasibətlər çərçivəsində kompleks olaraq təqdim etdi.

Bu fikirləri hafta.az-a millət vəkili Hikmət Babaoğlu deyib:

“Prezident ilk növbədə beynəlxalq məsələlərə nəzər salaraq ərazilərimizin bərpası və böyük qayıdış üçün əsas məslələrdən biri kimi Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsi məsələsini aktuallaşdırdı. Bu, özlüyündə olduqca mühüm məsələdir. Böyük qayıdış da, ərazilərimizin yenidənbərpası və regionumuzda sülhün bərqərar olması məsələsi, həm də beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır. Ona görə də Prezident İlham Əliyev, ilk növbədə, dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin davranışlarına diqqət çəkərək onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. BMT-Azərbaycan münasibətlərinə, xüsusilə Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını isterik adlandırdı. Beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etmələri kontekstində daha sonra Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət, Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi. Bu, özlüyündə şübhəsiz ki, Azərbaycan xarici siyasətinin müharibə dövründə olduğu kimi, postmüharibə dövründə də strateji uğuru kimi qiymətləndirilməlidir. Eyni zamanda,  şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzu və gücü sayəsində artıq yeni reallığın dünya tərəfindən qəbul etilməsi hadisəsidir. Bu, mühüm tarixi-strateji uğurdur.

Prezidentin çıxışının növbəti hissəsində milli yaddaşımıza etdiyi tarixi çağırışa xüsusi önəm verilməlidir. Bu çağırış bu gün və gələcək üçün olduqca vacibdir. Prezident çağırış etdi ki, biz  işğalı, Xocalını unutmamalı, daim güclü olmalı,  hər cür risklərə həmişə hazır olmalıyıq.

 Bu çərçivədə Prezident İlham Əliyev dərhal ölkəmizdə ordu quruculuğu məsələrinə toxunaraq, Hadrutda yaradılan komando birliklərinə və xüsusi təyinatlıların formalaşdırılmasına diqqəti çəkərək, Azərbaycan Ordusunun daim güclü olmasının vacibliyini qeyd etdi.  Əslində, bu fikirlər bundan sonra Azərbaycanda Milli Ordu modelinin necə olmasına bir növ istiqamət vermiş oldu. Ordumuz professonal hərbi kadrlardan komplektləşdirilərək Türkiyə Ordusu modelində güclü bir ordu olacaq”.