Aprel şəhidlərinin birinci sinifə gedən övladları - FOTOLAR

15:38 22.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Bu gündən respublikanın bütün ümumtəhsil məktəblərində əyani tədris bərpa olunur. Uzun fasilədən sonra şagirdlər artıq həftənin beş günü məktəbə gedəcəklər. Şagird olmaq sevincini yaşayanlar arasında Aprel şəhidlərinin övladları da var. Onlar birinci sinif şagirdi kimi ilk dəfə məktəbə qədəm qoyacaqlar.
 
Hafta.az Aprel qəhrəmanlarının birincilərinin siyahısını təqdim edir:
 
Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Milli Qəhrəman Samid İmanovun qızı Fidan İmanova Müasir İnnovasiyalar Liseyinin şagirdi olacaq.
 
Azərbaycan Silhalı Qüvvələrinin mayoru pilot Ürfan Vəlizadənin qızı Betül Vəlizadə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində oxuyacaq.
 
Azərbaycan Silhalı Qüvvələrinin mayoru Vaqif Bayramovun oğlu Ümid Bayramlı Gəncə şəhərində 44 nömrəli tam orta məktəbdə birinci olacaq.
 
Azərbaycan Silhalı Qüvvələrinin baş leytenantı Elnur İsgəndərovun oğlu Elman İsgəndərli Şəki şəhərində 8 saylı tam orta məktəbdə şagird olacaq.
 
Azərbaycan Silhalı Qüvvələrinin giziri Tural Qurbanovun qızı Zəlihə Qurbanlı Avropa Azərbaycan Məktəbində təhsil alacaq.
 
Azərbaycan Silhalı Qüvvələrinin baş leytenantı Nurid Abdullayevin oğlu Ümid Abdullayev Sumqayıt şəhərində İdrak liseyində oxuyacaq.
 
2015-ci ildə Tərtər istiqamətində şəhid olan Azərbaycan Silhalı Qüvvələrinin giziri İlqar Muradovun qızı İlqarə Muradova Avropa Azərbaycan Məktəbində təhsil alacaq./azvision.az
Oxunma sayı 1187