Aprelin 14-ü pensiyalar tam ödəniləcək

10:22 13.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi aprel ayının 14-ü tarixinə nəzərdə tutulub.

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.