“Araz” Çempionlar Liqasında Finlandiya klubu ilə heç-heçə etdi

20:33 22.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün “Araz” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununa çıxıb.

Hafta.az xəbər verir ki, son ölkə çempionu F qrupundakı ikinci matçında Finlandiyanın “Kampuksen Dinamo” kollektivi ilə üz-üzə gəlib.

Latviyanın Salaspils şəhərində keçirilən və 8 qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

Qeyd edək ki, Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin “Europa” klubunu 9:2 hesabı ilə üstələyib. 

UEFA Çempionlar Liqası
İlkin mərhələ, F qrupu

Kampuksen Dinamo – Araz 4:4
Qollar: M.Basilio, 12:15; 29:56. İntala, 12:40. Korsunov, 21:37 – X.Bağırov, 06:21. E.Rodriqes, 07:22. P.Q.Dos Santos, 15:49. A.Şocaei, 33:00.
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Dario Pezzuto (İtaliya), Daniele Dadamo (San Marino).
Salaspils şəhəri. İdman Kompleksi.