ARDNF ötən ay 886,35 milyon dollar valyuta satıb

10:48 08.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən ay ərzində həyata keçirilmiş valyuta satışı ilə bağlı açıqlama yayıb.

Fonddan hafta.az-a verilən məlumata görə, ARDNF tərəfindən 2019-cu ilin dekabr ayı ərzində 886,35 milyon ABŞ dolları məbləğində vəsait satılıb.