Astara rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə rayonun Təxtənəkəran–Hamuşam kənd yolunda qeydə alınıb.
Astara rayonunun Niləşə kənd sakini Tərlan Sənham oğlu Eyvazovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.
Qəza nəticəsində sürücü Tərlan Eyvazov hadisə yerində həyatını itirib.
Avtomobildə sərnişin qismində olan 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-ci il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-ci il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.