Avropa İttifaqının büdcəsi təsdiqləndi

15:39 21.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) lider ölkələrinin nümayəndələri Brüsseldə baş tutan sammit çərçivəsində yeddi illik büdcə üzrə razılığa gəliblər.


Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ-nın sədri Şarl Mişel razılaşmanın tərəfdaş ölkələr və təşkilat üçün çox mühüm olduğunu vurğulayıb. Fransa prezidenti isə hadisəni “Avropa üçün tarixi gün” kimi qiymətləndirib.

Bu sammit Aİ-nın tarixində ən uzunmüddətli iclası ilə yadda qalıb. İspaniya və İtaliyanın borclarını öz üzərinə götürmək istəməyən Danimarka, Niderland, Avstriya və İsveç dördlüyünü çətinliklə razılığa gətirmək mümükün olub.  

Büdcənin əsas hissəsi – 750 milyard avro COVİD-19 pandemiyası nəticəsində zərər görmüş iqtisadiyyatın bərpasına sərf olunacaq.