Avropa ölkələrində işçilərə verilən orta illik əməkhaqqının miqdarı açıqlanıb.
Hafta.az-ın "Eurostat"a istinadən yazdığına görə, orta illik xalis mənfəət siyahısı 2023-cü ilin yekunlarına əsasən hazırlanıb.
Siyahıya əsasən İsveçrə 85582 avro ilə Avropanın birincisi olarkən, İslandiya 53885 avro ilə ikinci, Lüksemburq isə 49035 avro ilə üçüncü pilləsində yer tutub.
Siyahıda Norveç 45798 avro ilə dördüncü, Niderland 45249 avro ilə beşinci, İrlandiya 43151 avro ilə yeddinci, Danimarka 41931 avro ilə səkkizinci, Avstriya isə 38457 avro ilə doqquzuncu pillədə qərarlaşıb.
İlk onluğu 38086 avro ilə Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya tamamlayır.
Siyahıda sonuncu - 32-ci yerdə olan Türkiyə 8968 avro ilə ən aşağı orta illik xalis gəlirə sahibdir.