Avropada Rusiya qazının istehlakı 5 dəfə azalıb

16:43 17.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ötən ayın nəticələrinə görə, Avropada Rusiya qazının istehlakı 40%-dən 8%-ə qədər azalıb və azalmaqda davam edir. Hafta.az bildirir ki, bu barədə Enerji Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Xarçenko brifinq zamanı deyib.

Bu baxımdan Xarçenko Rusiyanın partlayışlar nəticəsində zədələnməmişdən əvvəl Avropanı mavi yanacaqla təmin edən “Şimal axını” qaz kəmərlərinin bərpasına sərmayə qoyacağına şübhə edir.
Onun sözlərinə görə, Qərb şirkətləri Rusiya bazarından çıxdıqdan sonra Rusiyada da neft hasilatı azalmaqda davam edir. Qiymət məhdudiyyətlərinin tətbiqi isə Rusiya Federasiyasının gəlirlərinə ciddi zərbə olacaq.