Yazını böyüt
Yazını kiçilt
Avrozona ölkələrində, eləcə də Çin və ABŞ-da iqtisadi artım bir sıra amillərə görə səngiyir. Hafta.az xəbər verir ki, bu barədə bazar ertəsi onlayn seminarda Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bildirib.
"Dünyanın hər üç əsas iqtisadiyyatında yavaşlama müşahidə edirik. Avrozonada, əsasən qaz qiymətlərindəki sıçrayışla əlaqədardır. Çində, kovid və mənzil sektorunda qeyri-sabitliyin yaratdığı problemlər səbəbindən. Biz çox ciddi problemlər görürük".
Georgiyeva onu da vurğulayıb ki, gələn il qlobal iqtisadiyyat tənəzzüllə üz-üzədir.