Avtomobil 62 yaşlı kişini vurub

23:30 02.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hafta.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Həsənsu kəndində qeydə alınıb.

Kənd ərazisində yolu qarşı tərəfə keçmək istəyən, 1958-ci il təvəllüdlü Xüdayar Zeynalovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.