Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək

17:19 06.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş - 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib.

Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib.