Yazını böyüt
Yazını kiçilt
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən hafta.az-a bildirilib ki, 10 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixracın dəyəri 4 milyard 937 milyon 716 min ABŞ dolları, Türkiyəyə 2 milyard 314 milyon 678 min dollar, İsrailə isə 1 milyard 155 milyon 972 min dollar olub.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya qərarlaşıb. İtaliya ilə ticarət dövriyyəsi 5 milyard 243 milyon 402 min dollar, Türkiyə ilə 3 milyard 641 milyon 507 min dollar, Rusiya ilə isə 2 milyard 240 milyon 455 min dollar təşkil edib.