Azərbaycan əhalisinin sayı açıqlanıb

12:12 17.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10 milyon 135 min 373 nəfər təşkil edib (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla).

Dövlət Statistika Komitəsindən hafta.az-a veriıən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür.