Azərbaycan fevralda gündəlik 750,6 min barel neft hasil edib

12:34 11.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin fevral ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 750,6 min barel olub. Bunun 667,4 min barelini xam neft, 83,2 min barrelini kondensat təşkil edib. Gündəlik 530,3 min barel xam neft, 79,6 min barrel kondensat, 12,4 min barrel neft məhsulları ixrac edilib.

Energetika Nazirliyindən hafta.az-a verilən məlumata görə, Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.

Energetika Nazirliyi fevral ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.