Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfərə gedib.
Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Pakistan HDQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair brifinqlər veriləcək.