Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edib

13:56 03.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Türkiyədə təlimdə iştirak edib.

Hafta.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kırklareli vilayətində dislokasiya edilmiş 55-ci Mexaniki Piyada Qoşun Briqadası Komandanlığı tərəfindən “BORA-2021” təlimi icra edilib və təlimə Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbçisi qatılıb.