"Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin olunmasında sahibkarlığın rolu artır".
Hafta.az xəbər verir ki, bu haqda İqtisadiyyat naziri Mikayıl Cabbarov Xaçmazda KOB Evinin açılışında deyib. O bildirib ki, həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir.
Nazir qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransı zamanı Prezident İlham Əliyev əsas hədəflər qismində sahibkarlığın inkişafı, ortamüddətli dövrdə ÜDM-in əsas hissəsinin iqtisadiyyatın bu sektoru hesabına formalaşmısını və bu sahədə məşğulluğun artmasını müəyyən edib.
Bundan başqa, sahibkarlara dövlət dəstəyi tədbirlərinin davamı qismində Xaçmazda yaradılmış KOB Evi və Mərkəzi sahibkarlara keyfiyyətli və şəffaf xidmətlərin təqdim olunması baxımından rahat platformadır.