Azərbaycan İsraillə yeni hərbi SAZİŞLƏR İMZALAYIB - "İRAN AMİLİ..."

18:48 05.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsrailin müdafiə naziri Benni Qantsın Azərbaycana səfəri zamanı hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa dair bir sıra sazişlər imzalanıb.

Hafta.az bildirir ki, bu barədə Asharq Al-Awsat yazır.

Müdafiə nazirini müşayiət edən yüksək səviyyəli mənbə deyib ki, İsrail Azərbaycanla yaxşı münasibətlərə malikdir, çünki o, İranla qonşu olan mühüm İslam ölkəsidir və İsrail kimi, “Tehran rejiminin liderlərinin bir çox düşmən planları” ilə üzləşir.

Onun sözlərinə görə, İsrail və Azərbaycan “bu sxemlərə birlikdə qarşı çıxmaq üçün öz hərəkətlərini əlaqələndirməlidirlər”. O qeyd edib ki, görüşlər göstərdi ki, hər iki tərəf bir çox regional problemlərə eyni baxışı bölüşür.