Azərbaycan Kubokunda ilk finalçı bu gün bəlli olacaq

11:00 21.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olacaq.

Hafta.az xəbər verir ki, yarımfinalın cavab matçında "Turan Tovuz" "Zirə" ilə qarşılaşacaq.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.

İlk oyunda "Zirə" rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cavab qarşılaşması aprelin 22-də "Sabah" və "Qarabağ" arasında olacaq.