Yazını böyüt
Yazını kiçilt
Bu gün Azərbaycan kubokunda 1/2 finalın cavab görüşlərinə start verilib.
Hafta.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
“Zirə” öz meydanında “Turan Tovuz”u qəbul edib. Oyunda hesab açılmayıb. İlk matçda qazanılan qələbə (2:0) sayəsində “Zirə” finala vəsiqə qazanıb.
Yarımfinalın ikinci cavab görüşü sabah keçiriləcək.
21 aprel
“Zirə” - “Turan Tovuz” - 0:0
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 2:0
22 aprel (çərşənbə)
“Sabah” - “Qarabağ”
İlk oyun - 2:2