Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşib

20:07 13.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulub.

Hafta.az xəbər verir ki, son oyun günü 2 görüş keçirilib.

"Qəbələ" "Sumqayıt"ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə 1:0 hesablı qələbə qazanan "Qəbələ" yarımfinala yüksəlib.

Günün digər matçında isə "Zirə" "Səbail"in qonağı olub. İlk oyunda 4 cavabsız qolla qalib gələn "Zirə" bu dəfə 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

Azərbaycan Kuboku, 1/4 final

Cavab oyunu - 13 fevral

“Səbail” – “Zirə” - 1:3 

Qollar: Ruslan Hacıyev, 7 (1:0), Ağabala Ramazanov, 21 (1:1), TƏmkin Xəlilzadə, 39-pen. (1:2), Coşqun Diniyev, 73 (1:3)
Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov
“ASCO Arena”
İlk oyun - 0:4

“Qəbələ” – “Sumqayıt” - 1:1 

Qollar: İsnik Alimi, 18 (1:0), Araz Abdullayev, 82-pen. (1:1)
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu
İlk oyun - 1:0