Yazını böyüt
Yazını kiçilt
Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində ilk oyununu keçirib. Matc.az xəbər verir ki, D qrupunun açılış qarşılaşmasında komandamız Gürcüstan yığması ilə üz-üzə gəlib.
Millimiz 6-cı, Gürcüstan yığması isə ilk dəfə final mərhələsində iştirak edir. Amma debütantla matç komandamız üçün uğursuz alınıb. İlk hissəni 2:1 hesabıyla öndə bitirməsinə baxmayaraq, ikinci yarıda iki qol buraxan futzalçılarımız sonda meydanı xalsız tərk ediblər.
AÇ-2022
D qrupu
Gürcüstan – Azərbaycan 3:2
Qollar: Elisandro, 9:31. Arçil Sebiskveradze, 26:54. Tales Feyto, 31:30-pen – Rafael Vilela, 5:14; 6:26.