Azərbaycan millisi Belçikaya qarşı - AVRO-2024

09:56 19.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Hafta.az xəbər verir ki, rəqib Belçika yığması olacaq.

Brüsseldə - Kral Boduen stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması F qrupunda 5 komanda arasında 7 xalla 4-cüdür. İsveç isə 17 xalla 2-cidir.

Avro-2024, seçmə mərhələ, 9-cu tur

19 noyabr

21:00. Belçika - Azərbaycan
Baş hakim: Gerqo Boqar (Macarıstan)
Brüssel. Kral Boduen stadionu

Oxunma sayı 134