Azərbaycan Minsk qrupunun fəaliyyətinə son verməlidir - Politoloq

13:46 20.04.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Minsk qrupu Azərbaycan və Ermənistan arasında normal münasibətlərin qurulmasına əngəl ola bilər  

ATƏT-in Minsk qrupunun həmsdərlərinin son bəyanatına baxmayaraq, onların rolu regionda öz möcudluğunu qorumaq və münaqişəni gündəmdə saxlamqdır. Bu fomatın bundan sonrakı prosesə töhfə verəcəyi mümkün deyil.

Bunu hafta.az-a politoloq Məhəmməd Əsədullazadə ATƏT-in Minsk qrupu həmsdərlərinin son bəyanatı ilə bağlı şərhində bildirib. Politoloq hesab edir ki, Minsk qrupu Azərbaycan və Ermənistan arasında normal münasibətlərin qurulmasına əngəl ola bilər.

“İki ölkə arasında sülhün əldə edilməsi həmsədrlərin fəaliyyətinin sonu deməkdir. Bundan əlavə, Minsk qrupu Qarabağdakı ermənilərin statusunu qabardacaq və danışıqların bu səpkidə aparılmasına çalışacaq. Onların gəlib azərbaycanlı köçkünlərin Xankəndinə və Ağdərəyə qayıdışına kömək edəcəklərinə töhfə verməsi mümkün deyil.

Ümumiyyətlə, Minsk qrupunun humanitar missiyaya və sülhün əldə edilməsi istiqamətində çalışmalarına ehtiyac yoxdur. Bundan əlavə, ABŞ və Fransanın gəlib burada digər ölkələrdən sülhməramlı qüvvələrin təmsil olunması üçün çağrışlarıda əleyhimizə ola bilər. Beynəlxalq missiya adı altında gəlib, Rusiya ilə əlbir olub ermənilərin statusunu tələb edəcəklər. Azərbaycan və Türkiyə Rusiyanın öhdəsindən gələcək. ABŞ və Fransanı bundan sonra prosesə cəlb etmək münaqişəni gündəmə gətirmək olar. Ona görə də Azərbaycan konkret olaraq Minsk qrupunun fəaliyyətinə son verməlidir”.

Politoloq qeyd edib ki, üçtərəfli format mövcuddur.  Belə ki, Bakı-Ankara və Moskva formatı davam edir və digər ölkələri bu formata cəlb etmək maraqlarımıza ziddir.

“Heç bu formatda Ermənistan təmsil olunmur.  Ermənistanla məsələ bitib. Qarabağda Rusiyanın sülhməramlı qüvvələrin məsuliyyət zonasında ermənilərə cavabdeh ölkə Rusiyadır. Ona görə də ABŞ, Fransa gələcəksə, birbaşa ermənilərə dəstək verməsi şübhəsizdir”.