Azərbaycan neftinin qiyməti 74 dolları keçdi

12:15 15.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 14-də 74,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel çoxdur.

 

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,1 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.

İqtisadiyyat rubrikasından digər xəbərlər