Azərbaycan növbəti dəfə öz suverenliyini necə təmin etməyin yolunu göstərdi - Sahib Alıyev

14:03 02.05.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bizim  öz torpağımızda nəzarət-buraxılış məntəqəsi açmamızı regionda sülhə və tərəflər arasında güvənə zərbə kimi dəyərləndirənlər terrorun təbliğinə yönələn, Azərbayanla Türkiyə əleyhinə düşmənçiliyi körükləyən bu addımı görməzdən gəlir. Çünki teroroçuları yaxşı və pislərə bölən, o  16 yaramazı birincilərin çərgəsinə qoyan,  onlara rahat yaşamaları üçün sığınacaq verib hər cür şərait yaradan məhz həmin dövlətlərdi. O dövlətlər ki, 100 il öncə necə idisə, yenə də burada eyni siyasəti yeritməklə bulanıq suda balıq tutmağa çalışırlar”.

Hafta.az xəbər verir ki, bunu Sahib Alıyev Milli Məclisin bugünkü iclasında bildirib.

Deputat İrəvanda 16 hay terrorçusunun- “nemezis”çi deyilənlərin adlarının əbədiləşdirilməsinə edilən cəhdlərə diqqət çəkib. Bildirib ki, terrorçuların sırasında Fətəli xan Xoyski və Behbud xan Cavanşiri qətlə yetirən iki yaramaz-Aram Yerkanyanla, Misak Torlokyan da var.

“Aydındır ki, terrorçuların müqəddəsləşdirilməsi xəstə cəmiyyətlərə xas hərəkətdir”.

Deputat eyni zamanda qeyd edib ki, həmin dövlətlər çox gözəl anlayırlar ki, Azərbayanın İkinci Qarabağ Savaşında qazandığı zəfər BMT-nin uzun illər kağız üzərində qalan 4 qətnaməsinin yerinə yetirilməsini təmin etdiyi kimi, Laçın yolunun başlanığıcında nəzarət-buraxılış məntəqəsi qurulması da üçətərəfli bəyanatda əksini tapan ancaq əməl olunmayan bəzi maddələrin reallaşdırılmasına, məsələn, Ermənistan ordusunun proksi funksiyası yerinə yetirən tör-töküntülərinin Qarabağdan çıxarılmasına yol açır. Azərbaycan ərazisinə qanunsuz yüklər, o sıradan minaların daşınmasının qarşısı alınır.

Siyasət rubrikasından digər xəbərlər