Azərbaycan Ordusu tərəfindən təxribat törədilməsi barədə yayılan məlumatlar yalandır - MN

11:24 24.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yayılan məlumatı qəti surətdə təkzib edirik.

Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır.

Oxunma sayı 1604