Azərbaycan özünü 60 faiz buğda ilə təmin edə bilir - Vüqar Hüseynov

14:04 09.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda çox az ölkə özünü 100 buğda ilə təmin edə bilir: “Bunlar Rusiya, Qazaxıstan, Ukrayna və Kanadadır. Azərbaycan isə 60 faiz təmin edə bilir.

Bu fikirləri hafta.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, ölkədə kənd təsərrüfatı üçün torpaq ehtiyatları məhduddur və cəmi 1 milyon hektar ərazidə taxıl əkilir:

“Bundan çox əkə bilmirik. Əsas məqsədimiz məhsuldarlığı artırmaqdır. Əgər əvvəllər bir milyon hektardan 3 milyon ton taxıl götürülürdüsə, indi 3,14 milyon tona çatdırmışıq. Biz müasir və tez yetişən, iqlimə davamlı növlərlə artıma nail olmaq istəyirik. Subsidiyaları ona görə veririk ki, torpağa gübrə versinlər. Son illər fermerlərin üçdə ikisi buğda əkir, amma həmin buğda əsasən ərzaqlıq deyil”.

İqtisadiyyat rubrikasından digər xəbərlər