Artıq bir neçə gündür ki, Gorus-Qafan yolunun Azərbaycan əraisinə düşən 24 kilometrlik hissəsində Azərbaycan polislərinin xidməti postları qurulub.
Bu olay Ermənistanda "soyuq duş" effekti yaradıb.
Sərhəddə yaxın ərazilərdə yaşayan ermənilərin az qala hər gün onlarla bəyanatları səsləndirilir. Bu açıqlamalardan 44 günlük müharibənin ermənilərin canına saldığı qorxu hissini görməmək mümkün deyil.
Hafta.az-ın məlumatına görə, Gorus merinin müavini Karen Köçəryan bildirib ki, Azərbaycan polis postunu Gorus-Qafan yolununda görən ermənilərin psixiloji dəstəyə ehtiyacıları var:
"Gorus-Qafan yolununda vəziyyət hər saat dəyişir. Azərbaycan polisi yola nəzarəti gücləndirir. Bütün İran nömrəli avtomobillər saxlanılaraq yoxlanılır, bütün lazimi işlər aparılır. Hələ ki, Ermənistan nömrəsi olan maşınlara dəyib-dolaşan yoxdur.
Amma siz təsəvvür edin, 30 ildir ermənilərin nəzarətimizdə olan bir yolda Azərbaycan polisini görən erməni nəcə qorxmasın? Bu ermənilər oranı keçəndə dizləri titrəyir. Onlara psixiloji dəstək lazımdır”, - deyə o qeyd edib.
Ermənistanın Sünik vilayətinin (Zəngəzur) qubernatoru Melikset Poqosyan isə deyir ki, hər gün yolda silahlı “türklərlə” qarşılaşır və təzyiqi qalxır.
“Başa düşün, mən hər şeydən çox özümü düşünürəm, çünki hər gün bu yolla keçəndə (Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsi,-red.) qarşımda silahlı türkü görürəm. Üç nəsillə döyüşmüş adam kimi hər gün türk görməkdən betər heç nə yoxdur. Mənim təzyiqim sıçradı, halım hamıdan pisdir”,-Poqostan Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndi yaxınlığında, Gorus-Qafan yolunun üstündə qoyulmuş sərhəd-polis postu barədə danışarkən bildirib.
Bəs azərbaycanlılar nə vaxtsa onun maşınını saxlayıblarmı? Poqosyan jurnalistin bu sualına belə cavab verib: “Onlar Ermənistan nömrəli heç bir maşını saxlamırlar, ancaq İran maşınlarını saxlayırlar. Bilmirəm niyə belədir. İran maşınlarının sürücülərinin sənədlərini yoxlayırlar”.