Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq

11:20 27.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq.

Hafta.az xəbər verir ki, "Turan Tovuz" "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma 18:00-da başlayacaq. Bölgə klubu 55 xalla üçüncü, "qartallar" isə 45 xalla dördüncüdür.

Tura "Sabah" - "Karvan-Yevlax" görüşü ilə yekun vurulacaq.

"Bank Respublika Arena"da baş tutacaq matç saat 20:00-da start götürəcək.

Meydan sahibləri 69 xalla lideridir. Yevlax təmsilçisi isə 14 xalla sonuncu - 12-ci sıradadır.

Turun daha əvvəl reallaşan matçlarında "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyunu heç-heçə başa çatıb - 1:1.