Azərbaycan səfiri Koreyada COP29-a hazırlıqdan danışıb

10:21 20.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov İqlim Məsələləri Konfransında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-a hazırlıq işləri barədə danışıb.

Hafta.az xəbər verir ki, bu haqda Azərbaycanın Koreyadakı səfirliyi paylaşım edib.

“Səfir WWF Koreyanın (Ümumdünya Təbiəti Mühafizə Fondunun Koreya nümayəndəliyi - red.) ev sahibliyi etdiyi İqlim Məsələləri Konfransında Azərbaycanın ekologiya təhlükəsizliyi, dayanıqlı enerji və yaşıl inkişaf siyasəti, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yaşıl zonaya çevrilməsi, habelə COP29-a hazırlıq işləri barədə çıxış edib”, – məlumatda qeyd olunub.