Yazını böyüt
Yazını kiçilt
Sumo üzrə kişi və qadınlardan ibarət Azərbaycan millisi Avropa çempiontına qatılacaq.
Hafta.az xəbər verir ki, bu barədə Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov məlumat verib.
Onun sözlərinə görə, turnir Şotlandiyanın Stirlinq şəhərində reallaşacaq:
“Kişilər mövcud olan bütün kateqoriyalarda, qadınlar isə bəzilərində mübarizə aparacaqlar. Amma nə qədər idmançı ilə turnirə yollanacağımız bəlli deyil”.
Qurum rəsmisi Avropa çempionatının iyunun 26-dan 29-dək təşkil ediləcəyini açıqlayıb.