Azərbaycan təmsilçisi finalda - Pekin-2022

18:00 15.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pekində davam edən 24-cü Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova qadınlar arasında qısa proqramda çıxışını başa vurub.

Hafta.az-ın məlumatına görə, o, 61.82 xalla ilk 24 idmançı arasında yer alaraq sərbəst proqrama vəsiqə qazanıb.

Y.Ryabova fevralın 17-də sərbəst proqramda mübarizəsini davam etdirəcək.

Xatırladaq ki, digər idmançımız Vladimir Litvintsev kişilər arasında yarışda iki proqramın yekununda 18-ci olmuşdu.

Çində Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.