Azərbaycan-Türkiyə-İran XİN başçıları görüşəcək

11:46 28.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri arasında növbəti üçtərəfli görüş keçiriləcək.

 

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, iclasa Tehran ev sahibliyi edəcək.

 

Görüşün bu il ərzində keçirilməsi nəzərdə tutulsa da, Çavuşoğlu dəqiq tarix açıqlamayıb.

Siyasət rubrikasından digər xəbərlər