Azərbaycan və Rusiya XİN başçıları Ermənistanla sərhədin delimitasiyasını müzakirə edib

19:22 23.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə hafta.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Oxunma sayı 151