Azərbaycana çox böyük maraq var - İlham Əliyev

19:44 12.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var”.

Hafta.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, iş görmək, biznes əlaqələri qurmaq müraciətləri kifayət qədər çoxdur: “Bu gün dünya miqyasında Azərbaycan nadir ölkələrdəndir ki, bu qədər marağı özünə cəlb edə bilib”.