Azərbaycanda 41 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

19:12 26.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 641 nəfər müalicə olunaraq sağalıb, 9 679 nəfər vəfat edib. aktiv xəstə sayı 375 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 696, bu günə qədər isə ümumilikdə 6 681 983 test icra olunub.