Azərbaycanda 7 dəfə idmançıların qanında narkotik aşrkarlanıb - AMADA

14:29 20.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İdman narkotikdən, digər pis vərdişlərdən uzaq olmaq üçün ən uyğun vasitədir. Lakin təəssüf ki, dünyada idmançılar narkotikdən, psixotrop maddələrdən istifadə edir.

Trend-in məlumatına görə bunu "İdmanda narkotik maddələrin istifadəsi ilə mübarizə" adlı tədbirdə çıxışı zamanı AMADA-nın direktoru Şəfəq Hüseynli deyib

Onun sözlərinə görə, indiyədək AMADA tərəfindən 7 belə hal dopinq testi ilə aşkarlanıb.

"Narkotik vasitələrdən istifadə qlobal problemdir. Ölkəmizdə də bu problemə qarşı ciddi mübarizə aparılır", - deyə o qeyd edib.