Azərbaycanda peyvənd olunanların sayı artıb

12:48 19.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

18.03.2021-ci il tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 18 996 nəfər vaksinasiya olunub.

Hafta.az-ın xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 474 607 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.