Azərbaycanda seçicilərin sayı açıqlanıb.
Hafta.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.
Qeyd olunub ki, ölkədə səsvermə hüququ olan 6 302 093 şəxs var.
Onların 47.57 faizi kişi, 52.43 faizi isə qadınlardır.
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq məntəqə seçki komissiyaları fevralın 5-dək müvafiq seçki məntəqələrinin hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsi prosesini yekunlaşdıraraq dəqiqləşdirilmiş siyahıları müvafiq dairə seçki komissiyalarına təqdim etməlidirlər. Ən gec aprelin 5-dək seçki dairələri üzrə dəqiqləşdirilmiş ilkin seçici siyahıları Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirməlidir. Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.