Azərbaycanda ÜDM artıb

13:01 17.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə 98 077,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən hafta.az-a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artıb.

ÜDM istehsalının 52,2 faizi sənaye, 7,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,0 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 9 748,9 manata bərabər olub.