“Azərbaycanın dövlət büdcəsinə vəsait Prezidentin yürütdüyü siyasət nəticəsində gəlib” - Millət vəkili 

10:19 25.12.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyevin yerli mediaya verdiyi müsahibəsini sonadək dinlədim. O müsahibə həm Azərbaycanın daxili, həm də xarici siyasətinin əsas inkişaf istiqamətlərini özündə əks etdirir. Prezidentimiz birmənalı olaraq bildirdi ki, korrupsiyaya qarşı qətii mübarizə onun sarsılmaz iradəsini əks etdirir və bundan sonra da belə mənfi hallara qarşı mübarizə aparılacaq”. Bu fikirləri hafta.az-a millət vəkili Musa Qasımlı deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın dövlət büdcəsinə vəsait Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində gəlib: “Cənab Prezidentin müsahibəsi bir daha göstərdi ki, mənfi hallara, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Hesab edirəm ki, digər bütün məmurlar cənab Prezidentimizin sözlərindən dərs almalıdırlar. Onlar başa düşməlidirlər ki, dövlətin və xalqın pulunu yemək olmaz. Anlamalıdırlar ki, bir vaxtlar Azərbaycan büdcəsində vəsait yox idi . Büdcəyə vəsait cənab Prezidentin yürütdüyü siyasət nəticəsində gəlib. Vəsaiti israf etmək və xalqın malını yemək olmaz. Son antikorrupsiya hərəkətləri bir daha göstərdi ki, cənab Prezidentimiz hər zaman Azərbaycan xalqının yanındadır, onun hüquqlarını qoruyur və o hüquqları pozanlara qarşı amansızdır. Həmin mübarizənin də hüquqi əsasları mövcuddur"