Yazını böyüt
Yazını kiçilt
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Hafta.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda 11-ci qrupdakı sonuncu matçında səfərdə Lüksemburqla qarşılaşıb. Görüş Lüksemburqun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində 84-cü dəqiqədə Şahin Şahniyarov fərqlənib. 3 oyundan sonra 1 xal toplayan komandamız elit-raunda vəsiqə qazana bilməyib.
Avro, seçmə mərhələ
Lüksemburq - Azərbaycan - 2:1