Hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışırıq. Çünki biz gözləmirdik ki, coğrafi mövqeyimizin əhəmiyyəti son dövrlərdə bu qədər artacaq. Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır.
Hafta.az yazır ki, bu barədə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, istər Mərkəzi Asiya və Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə əlaqələrimiz yaxşıdır. Bütün bunları bir araya gətirmək üçün, əlbəttə, bir çox addımları atmalı idik ki, dəhlizlər faydalı olsun.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa, narahatlıq doğuran, qonşuların narahatlıq doğuran məsələlərinin həllinə yönəlib, o cümlədən Azərbaycanı narahat edən məsələlər qaldırılıb.
“Təbii ki, bu baxımdan Şuşada keçirilən media forumundakı olan həmin bu mühiti biz çalışırıq, həmçinin bir çox beynəlxalq məhz iştirakçılar arasında da yaratmağa çalışırıq. Çox sağ olun və bununla bağlı bizim dialoqumuz davam edir”, – deyə prezident əlavə edib.