Coğrafi üstünlüklərindən istifadə edərək, çoxtərəfli əməkdaşlıq üçün platforma qurmağa çalışdıq –Prezident

09:34 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir.

Hafta.az yazır ki, forumda iştirak edən Prezident İlham Əliyev tədbirin keçirilməsinin məqsədindən danışarkən deyib: “Tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından – dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər”.

“Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik, daha fəal surətdə 10 ildən artıq çalışmışıq” deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan öz coğrafi üstünlüklərindən istifadə edərək, çoxtərəfli əməkdaşlıq üçün platforma qurmağa səy göstərib.

Siyasət rubrikasından digər xəbərlər