Azərbaycanla Çin arasında müqavilə imzalandı 

13:21 06.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici işlər nazirinin müavini Xələf Xələfov və Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min arasında görüş keçirilib.

 

Bu barədə hafta.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə” ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq protokol imzalanıb.